Bakıda bu yola şəhidlərin şəkli vuruldu - Video+Fotolar

bakida-bu-yola-sehidlerin-sekli-vuruldu
Oxunma sayı: 10455

Binəqədi rayonu Mehdiabad qəsəbəsinə gedən yolda şəhidlərin fotoşəkillərindən ibarət lövhələr qoyulub. Orada şəhidlər haqda məlumatla yanaşı şəhidliklə bağlı ibrətamiz fikirlər də əks olunub.

Həmin lövhələrdə təkcə Vətən müharibəsi qəhrəmanları deyil, həm də Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımız yer alıb. Onların arasında Milli Qəhrəmanlar - Əliyar Əliyev, Allahverdi Bağırov, Polad Həşimov, Mübariz İbrahimov da var.

Binəqədi Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, həmin lövhələr icra hakimiyyətinin deyil, sakinlərin təşəbbüsü ilə qoyulub.

“Qafqazinfo” həmin fotoşəkilləri təqdim edir:

Foto-Video: Nuran Məmmədov