Bakıda güclü yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Yanğının Xətai rayonu ərazisində olduğu bildirilir. Qeyd edilir ki, hazırda ərazidə yanacaq çəni yanır.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Paytaxtın Xətai rayonunda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb.
Son xəbərlər
Son Xəbərlər