Bakıya enən təyyarədə ölüm - Yenilənib

bakiya-enen-teyyarede-olum
Oxunma sayı: 9488

Heydər Əliyev Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 14 radələrində qeydə alınıb.

Rusiya vətəndaşı olan 1959-cu il təvəllüdlü Sudabar Niftulla qızı Kazhibekovanın səhhəti qəfil pisləşib və o vəfat edib.

66 yaşlı qadının infarktdan ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Məlum olub ki, sərnişinin ölümü S7 aviaşirkətinin Novosibirsk-Bakı reysi zamanı, hava gəmisinin bortunda baş verib.

Təyyarə saat 14:04-də eniş etdikdən sonra tibbi briqada tərəfindən ölüm faktı təsdiqlənib. Hadisə aeroport ərazisi ilə bağlı deyil.