Bakıda “Huawei”, “Photomate” və “Helind Enerji”nin birgə təşkilatçılığı ilə “FusionSolar Day Azerbaijan 2026” keçirildi - Fotolar

bakida-huawei-photomate-ve-helind-enerjinin-birge-teskilatciligi-ile-fusionsolar-day-azerbaijan-2026-kecirildi
Oxunma sayı: 241

Sentyabrın 7-də Bakıda “FusionSolar Day Azerbaijan 2026” tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Huawei”, “Photomate” və “Helind Enerji”nin birgə təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanda günəş enerjisinin inkişaf perspektivləri, müasir enerji texnologiyaları və bərpa olunan enerji layihələrinin daha səmərəli və etibarlı idarə olunması mövzularına həsr olunub.

“Bakı Marriott Hotel Boulevard”da keçirilən tədbirdə enerji sektorunun nümayəndələri, biznes tərəfdaşları və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Tədbir iştirakçıları günəş enerjisi bazarındakı aktual tendensiyalar, yeni texnoloji həllər və enerji layihələrinin inkişaf imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində yaşıl enerjiyə keçidi dəstəkləyən innovativ texnologiyalar təqdim olunub. Şirkətlərin təqdimatlarında günəş enerjisi sistemləri, enerji saxlama texnologiyaları və PV layihələrinin daha təhlükəsiz, etibarlı və səmərəli şəkildə idarə olunmasına imkan verən həllər diqqət mərkəzində olub.

“FusionSolar Day Azerbaijan 2026” həmçinin enerji sektorunda beynəlxalq və yerli əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı üçün yeni imkanların müzakirə edildiyi platforma olub.

Tədbir çərçivəsində “Huawei” şirkəti iri miqyaslı, eləcə də kommersiya və sənaye (C&I) tətbiqləri üçün nəzərdə tutulmuş ən son FusionSolar həllərini təqdim edib. Təqdim olunan həllər smart PV sistemləri və enerji saxlama sistemlərini əhatə edib.

Bu həllər qabaqcıl güc elektronikası və rəqəmsal texnologiyaları bir araya gətirərək layihənin bütün həyat dövrü ərzində sistemlərin təhlükəsizliyini, etibarlılığını və enerji səmərəliliyini artırmağa imkan verir.

Xüsusi diqqət “Huawei”in intellektual enerji saxlama texnologiyalarına və “grid-forming” imkanlarına yönəldilib. Bu texnologiyalar bərpa olunan enerjinin şəbəkəyə sabit inteqrasiyasını dəstəkləmək və günəş enerjisinin payının artdığı bir şəraitdə daha dayanıqlı enerji sistemlərinin formalaşdırılmasına imkan vermək üçün nəzərdə tutulub.

Tədbir “Huawei”in qabaqcıl texnologiyalarını, “Photomate”in beynəlxalq distribütor və texniki təcrübəsini, “Helind Enerji”in isə yerli bazar üzrə imkanlarını bir araya gətirərək Azərbaycanda günəş enerjisinin gələcəyinə dair vahid əməkdaşlıq modelini nümayiş etdirib.