Bakıda icra başçısının köməkçisi intihar etdi

bakida-icra-bascisinin-komekcisi-intihar-etdi
Oxunma sayı: 16305

Bakıda vəzifəli şəxs intihar edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Mehtiyev Rauf Məhi oğlu intihar edib.

O, gecə saatlarında özünü asaraq canına qəsd edib. R.Mehtiyevin hansı səbəbdən intihar etməsi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Mehtiyev sözügedən vəzifədə 2021-ci ildən çalışırdı.

Emin Səfərov