Bakıda kafedə davada bir nəfər öldürüldü - Anbaan video - Yenilənib

bakida-kafede-davada-bir-nefer-olduruldu
Oxunma sayı: 7241

Bakıda kafelərin birində kütləvi dava baş verib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra onlar bir-birilərinə bıçaqla hücum ediblər.

Nəticədə, bir nəfər həyatını itirib. Qətlə yetirilən Ceyhun adlı şəxsin “Ceyhun Sabunçu” kimi tanındığı bildirilir.

Əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.

Hadisə anının görüntülərini təqdim edirik:

***

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.