Bakıda məşhur həkim özünü 11-ci mərtəbədən atdı - Yenilənib

bakida-meshur-hekim-ozunu-11-ci-mertebeden-atdi
Oxunma sayı: 25167

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Xəbəri rus dilində oxuyun: В Баку известный врач выбросилась с 11 этажа - Фото +Обновлено

Həmçinin oxuyun: Bayram yasa döndü - Anasını qorumaq istəyərkən atasını öldürdü

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Xalidə Kəngərlinin intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhum iki uşaq anası idi.

Nizam Rza