Bakıda maşının altına uzanan piyada saxlanıldı - Video-Yenilənib

bakida-masinin-altina-uzanan-piyada-saxlanildi
Oxunma sayı: 1016

Bakıda qəribə hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyulun 27-də gecə saatlarında orta yaşlı kişi paytaxt küçələrindən birində hərəkətdə olan avtomobilin qarşısına çıxaraq maşının qarşısında uzanıb. Sürücü bunu görərək avtomobili dayandırıb və digər zolaqla hərəkətinə davam edib. Hadisə avtomobildəki kamera vasitəsilə anbaan lentə alınıb.

Əldə etdiyimiz məlumata görə, baş vermiş hadisə polis tərəfindən araşdırılır. Həmin şəxsin saxlanılaraq hüquqazidd hərəkətləri ilə bağlı məsuliyyət tədbirləri görüləcək.

***

Bakıda piyadanın qəfil avtomobilin hərəkət zolağına çıxması ilə bağlı məsələ polis tərəfindən araşdırılıb.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, həmin şəxs 31 yaşlı C.Səmədov saxlanılaraq törətdiyi hüquqazidd hərəkətlərlə bağlı barəsində məsuliyyət tədbiri görülüb.