Bakıda “Prius”la “Ferrari” toqquşdu - Xəsarət alanlar var - Video

bakida-priusla-ferrari-toqqusdu
Oxunma sayı: 10588

Bakının Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişməsində baş verib.

Belə ki, “Toyota Prius” markalı maşının sürücüsü yol nişanın tələbinə əməl etməyərək qəfil yola çıxıb.

Bu zaman maşın kəsişmədən keçən 77-SM-077 dövlət nişanlı “Ferrari” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.