Bakıda qəza oldu, işıqfor yararsız hala düşdü

bakida-qeza-oldu-isiqfor-yararsiz-hala-dusdu
Oxunma sayı: 3558

Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Qəza zamanı 1 ədəd işıqfor dirəyi yararsız vəziyyətə düşüb.

Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor obyekti quraşdırılacaq.