Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi - Video

bakida-sahibsiz-it-usaqli-qadina-hucum-etdi
Oxunma sayı: 5724

Paytaxtın Nəsimi rayonunda sahibsiz it piyadalara hücum edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində - Hüseyn Rəsulbəyov küçəsində qeydə alınıb.

Yayılan görüntülərdən sahibsiz itin ana ilə uşağına hücum etdiyi, qadının azyaşlını qorumağa çalışdığı və yıxıldığı görünür.

Onların köməyinə ətrafdakı insanlar çatıblar.

Görüntüləri təqdim edirik: