Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu+Video

bakida-yasayis-binasinda-yangin
Oxunma sayı: 2012

Paytaxtın Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın şaxtası boyunca 51p.m. elektrik kabelləri yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Xəsarət alan olmayıb.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.