Bakıda yol çökdü, tıxac yarandı - Video - Yenilənib

bakida-yol-cokdu-tixac-yarandi
Oxunma sayı: 11254

Bakıda yol çöküb.

Bu barədə “Qafqazinfo”ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində  və “Qələbə” dairəsində sıxlıq yaranıb.

Sürücülərdən nəzərə almaları xahiş edilir.

***

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) çökmə qeydə alınan yolla bağlı məlumat yayıb.

“Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb. Hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur. Qısa müddət ərzində problem aradan qaldırılacaq”, - AAYDA-dan bildirilib.

***

AAYDA-nın açıqladığı son məlumata görə, Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsündə ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) temperatur şovu üzərində, asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb.

Belə ki, qısa müddət ərzində sözügedən hissədə asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən məlumat verildiyi kimi, bir neçə gündür paytaxtda intensiv yağış yağır. Bu isə bəzi yollarda hərəkəti çətinləşdirməklə bərabər, sıxlıq, subasma və çökmə halları ilə müşahidə edilir.