Bakıda yol qəzası - “Hyundai” əks yola düşdü

bakida-yol-qezasi
Oxunma sayı: 661

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, qadın sürücünün idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkət istiqamətindən çıxaraq yolun əks istiqamətinə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.