Bakıdakı bu mağazada saxta içki satılırmış - Fotolar

bakidaki-bu-magazada-saxta-icki-satilirmis
Oxunma sayı: 844

Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 112 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Elxan Cəlal oğluna məxsus alkoqollu içkilərin satışı mağazasında plandankənar yoxlama keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı ticarət obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

“Belə ki, aşkar saxtalaşdırılma əlamətləri olan 5 ədəd 1 litrlik, 25 ədəd 0,7 litrlik “OНЕГИН” əmtəə nişanlı və 5 ədəd 0,5 litrlik, 9 ədəd 0,7 litrlik “МЪНСКЪ” əmtəə nişanlı alkoqollu içki aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib olunub, sözügedən alkoqollu içkilərin satışı qadağan edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib”, - deyə məlumatda qeyd edilib.