“Bakıda “Sea Breeze” ərazisində yerləşən ilk “Royale Casino” kazinosu 2027-ci ilin may ayında qapılarını ziyarətçilərin üzünə açacaq”.
“Qafqazinfo” “Vesti.az”a istinadən xəbər verir ki, bu barədə “Sea Breeze”in sahibi və təsisçisi, “Agalarov Development” şirkətinin prezidenti, Xalq artisti Emin Ağalarov bildirib.
“‘Royale Casino”nun tikintisi tam sürətlə davam edir. Kazino 2027-ci ilin may ayında istifadəyə veriləcək”, – deyə E. Ağalarov qeyd edib.
Qeyd edək ki. 90 min kvadratmetr sahəni əhatə edən kazino Xəzər dənizinin Azərbaycan sektorunda, “Sea Breeze” ərazisindəki süni yarımada üzərində ucaldılır. Məlumata görə, kompleksdə 12 VIP zal və beynəlxalq poker turnirlərini qəbul edə biləcək bir əsas zal fəaliyyət göstərəcək. Kazinoya 21 yaşdan aşağı şəxslərin girişi qadağan olunacaq.
Bununla yanaşı, ərazidə konsert zalı, bar, restoran və kafelər, həmçinin 1 500 oyun avtomatı yerləşdiriləcək. “Royale Casino”nun Avropanın ən böyük kazinosuna çevriləcəyi gözlənilir
Son xəbərlər
Son Xəbərlər