Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq

bakinin-bu-rayonunda-2-gun-su-olmayacaq
Oxunma sayı: 7141

Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb.

Bildirilib ki, fasilə su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı texniki şərtə əsasən görüləcək işlərlə əlaqədardır.

Suyun verilməsinin oktyabrın 21-də səhər saatlarında əvvəlki rejimə qaytarılması nəzərdə tutulub.