Bakının mərkəzində ağac maşının üzərinə aşdı - Foto

bakinin-merkezinde-agac-masinin-uzerine-asdi
Oxunma sayı: 3784

Bakının mərkəzində irigövdəli ağac maşının üzərinə aşıb.

“Qafqazinfo”nun “Unikal”a istinadən məlumatına görə, hadisə paytaxtın Nizami küçəsi (“Tarqovu”) ilə Əlövsət Quliyev küçələrinin arasında qeydə alınıb. 

Ağac kökündən qoparaq yol kənarında dayanmış “Mercedes” markalı avtomobilin üzərinə düşüb.

Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.