Bakının mərkəzində ağacları kəsən 4 nəfər saxlanıldı - Foto

bakinin-merkezinde-agaclari-kesen-4-nefer-saxlanildi
Oxunma sayı: 1636

Nəsimi rayonunda ağacların kəsilməsi faktı üzrə saxlanılanlar var.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis tərəfindən həmin əməlləri törətməkdə şübhəli olan 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Belə ki, Nəsimi rayonu Salatın Əsgərova və Pişəvari küçələrində ağac kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır. Hazırda ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir.