Bakının mərkəzində sükanı bloklanan maşın ağaca çırpıldı - Fotolar

bakinin-merkezinde-sukani-bloklanan-masin-agaca-cirpildi
Oxunma sayı: 2476

Bakının İstiqlaliyyət küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, yüksək sürətlə hərəkət edən minik avtomobili 132-134 saylı Təhsil Kompleksinin qarşısındakı məhəccərləri sındıraraq çoxillik çinar ağacına çırpılıb. 

Yüngül xəsarət alan sürücünün bildirdiyinə görə, hadisəyə səbəb sükanın bloklanması olub.

Hazırda əraziyə aidiyyəti qurumlar cəlb olunub. Ağac və maşının ərazidən götürülməsi istiqamətində tədbirlər görülür.

Hadisə yerindən fotoları təqdim edirik: