Bakıya leysan yağacaq - Xəbərdarlıq

bakiya-leysan-yagacaq
Oxunma sayı: 9960

Dekabrın 6-dan 7-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Azərbaycanın bəzi şərq rayonlarında dekabrın 6-dan 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların (Mərkəzi Aran, Lənkəran-Astara, Quba-Qusar) leysan xarakterli olacağı ehtimalı var.