Yayın istisini sərfəli alış imkanları ilə əvəz edən “Baku Electronics” növbəti möhtəşəm kampaniyasını təqdim edir. 7–9 avqust tarixlərində keçiriləcək “Sizin Adamın Dəli-Dolu Təklifləri” kampaniyası çərçivəsində müştəriləri böyük endirimlər və sərfəli ödəniş şərtləri gözləyir.
Kampaniya çərçivəsində müştərilər nağd alış zamanı 60%-dək endirimdən, həmçinin endirimli qiyməti ilkin ödənişsiz və faizsiz 24 ayadək hissə-hissə ödəmək imkanından yararlana biləcəklər.
Bu dəfə qiymətlər sözün əsl mənasında təəccübləndirir. Kampaniya müddətində:
Fen – 49.99 AZN əvəzinə 19.99 AZN,
Çaydan – 69.99 AZN əvəzinə 19.99 AZN,
Kondisioner – 799.99 AZN əvəzinə 479.99 AZN,
Smart saat – 289.99 AZN əvəzinə 164.99 AZN qiymətinə təqdim olunur.
Cəmi üç gün davam edəcək kampaniya yay mövsümündə evini yeniləmək, yeni texnologiyalar əldə etmək və bunu daha sərfəli şərtlərlə reallaşdırmaq istəyənlər üçün xüsusi imkan yaradır.
30 ildən artıqdır ki, Azərbaycanın elektronika və məişət texnikası bazarında etibarlı tərəfdaş olan “Baku Electronics” müştərilərinə keyfiyyətli məhsullar, sərfəli kampaniyalar və yüksək xidmət standartları təqdim edir. Şirkət Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, Philips, Kenwood, Braun və De'Longhi brendlərinin rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.
“Sənin Adamın Dəli-Dolu Təklifləri” kampaniyası həm bakuelectronics.az saytı, həm də ölkə üzrə fəaliyyət göstərən bütün “Baku Electronics” mağazalarında keçərlidir.
Yayın sərfəli alış fürsətlərindən yararlanmaq üçün tələsin!
Ətraflı məlumat üçün: bakuelectronics.az və ya 143.
Son xəbərlər
Son Xəbərlər