“Baku Medical Plaza”da şəhidlərimiz anıldı - Video

baku-medical-plazada-sehidlerimiz-anildi
Oxunma sayı: 1088

27 Sentyabr – Anım Günü münasibətilə “Baku Medical Plaza” Klinikalar şəbəkəsinin bütün filiallarında şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Bu anım tədbiri, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizə dərin hörmət və minnətdarlığın ifadəsi olaraq həyata keçirilib.

“Baku Medical Plaza” ailəsi şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların xatirəsini daim qəlbində yaşadır.