“BakuBus” avtobusu bulvara girdi - Video

bakubus-avtobusu-bulvara-girdi
Oxunma sayı: 4248

Bu gün saat 10 radələrində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Neftçilər prospektində “BakuBus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.

Nəqliyyat vasitəsi bulvarda ağaclara çırpılaraq dayanıb.

Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.

***

Bakı şəhər DYP İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə saat 10:40 radələrində Səbail rayonu Neftçilər prospektində Qız qalasının qarşısında baş verib: “BakuBus” MMC-yə məxsus 99 JU 809 dövlət qeydiyyat nişanlı avtobusun idarəetmədən çıxaraq maneələrə çırpılması ilə nəticələnən hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı Bakı şəhər DYP İdarəsində araşdırma aparılır”.