“BakuBus” MMC-də könüllü qanvermə aksiyası təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbir Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Qan Bankı tərəfindən icra edilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilib.
Aksiyada çox sayda əməkdaş könüllü şəkildə iştirak edib. Tədbir çərçivəsində donorların ilkin tibbi müayinəsi aparılıb, onların qanverməyə uyğunluğu müəyyənləşdirilib. Qanvermə prosesi ixtisaslaşmış tibbi heyət tərəfindən mövcud sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə tam riayət olunmaqla təşkil edilib.
Aksiya talassemiyadan əziyyət çəkən şəxslərin müalicəsinə dəstək məqsədi daşımaqla yanaşı, cəmiyyət arasında könüllü donor mədəniyyətinin təşviqinə də töhfə verir.
Qanvermə aksiyası “BakuBus” MMC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində təşkil olunaraq, şirkətin ictimai sağlamlığın qorunmasına, sosial təşəbbüslərin dəstəklənməsinə və humanitar layihələrdə fəal iştirakına verdiyi önəmin növbəti təzahürü kimi həyata keçirilir.



Son xəbərlər
Son Xəbərlər