Balacanın dama çıxıb etdiyi hərəkət gündəm oldu - Video

balacanin-dama-cixib-etdiyi-hereket-gundem-oldu
Oxunma sayı: 1251

Şanlıurfada keçirilən “Narko-Kapan” əməliyyatı zamanı yaşanan hadisə sosial şəbəkələrdə böyük maraq doğurub.

“Qafqazinfo” xəbər verir ki, əməliyyata havadan dəstək verən polis helikopterini evlərinin damından əlində Türkiyə bayrağı ilə salamlayan azyaşlı Abdullah Emre Altayın görüntüləri helikopterin kamerasına düşüb.

Balaca uşağın vətənpərvər davranışı polis əməkdaşları tərəfindən də diqqətdən kənarda qalmayıb. Polis rəisi Atilla Aksoy Abdullah Emreni qəbul edərək ona Türkiyə bayrağı, velosiped və oyuncaq avtomobil hədiyyə edib.