Balakəndə ərazilər yağış sularından təmizlənir - Video

balakende-eraziler-yagis-sularindan-temizlenir
Oxunma sayı: 249

Balakən rayonunun bəzi yaşayış məntəqələrində intensiv yağan yağışlar səbəbindən su dolmuş ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirlib ki, hazırda işlər FHN-in Şimal-qərb Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən həyata keçirilir.