Balakəndə ev yandı - Xəsarət alan var

balakende-ev-yandi
Oxunma sayı: 238

Balakəndə fərdi yaşayış evində yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, yanğın Balakən rayon Meşəşambul kəndində 1951-ci il təvəlüdlü Burqayev Ramazan Musa oğluna məxsus evdə olub.

Yanğın yerinə Balakən rayon YMH-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 150 k/m olan birmərtəbəli 5 otaqlı yaşayış evinin bir otağında 6 k/m sahədə döşəmə və 2 k/m sahədə tavan hissəsi yanıb.

Yanğın zamanı ev sahibi Ramazan Burqayev yuxarı ətrafdan yanıq xəsarətləri alıb və o, Təcili Tibbi Yardım birqadasına təhvil verilib.

 Mübariz Muradov