Bu gün səhər saatlarında Balakən rayonu Katex kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, “Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanlar var.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Hadisə nəticəsində 3 nəfər ölüb.
Bunlar “Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı, “Toyota”da olan Mütəllibov Rəşad Yaşar oğlu və Balakən rayon Katex kənd sakini 1974-cü il təvəllüdlü Məmmədova Pərvanə Zahid qızıdır.
1975-ci il təvəllüdlü Mütəllibov Yaşar Mahamarəsul oğlu, 1965-ci il təvəllüdlü Soltanov Şərif Siracəddin oğlu xəsarət alıb.
Son xəbərlər
Son Xəbərlər