Balakəndə zəncirvari qəzada ana-oğul öldü - Yenilənib - Fotolar

balakende-zencirvari-qezada-ana-ogul-oldu
Oxunma sayı: 3139

Bu gün səhər saatlarında Balakən rayonu Katex kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, “Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanlar var.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Hadisə nəticəsində 3 nəfər ölüb.

Bunlar “Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı, “Toyota”da olan Mütəllibov Rəşad Yaşar oğlu və Balakən rayon Katex kənd sakini 1974-cü il təvəllüdlü Məmmədova Pərvanə Zahid qızıdır.

1975-ci il təvəllüdlü Mütəllibov Yaşar Mahamarəsul oğlu, 1965-ci il təvəllüdlü Soltanov Şərif Siracəddin oğlu xəsarət alıb.

***

“Toyota”da ölən sürücü və sərnişin ana-oğul olub.