“Bambi Yatak” mağazasının ikinci filialının açılışı baş tutdu - Fotolar

bambi-yatak-magazasinin-ikinci-filialinin-acilisi-bas-tutdu
Oxunma sayı: 599

26 avqust 2026-cı il tarixində saat 11:00-da, Bakı şəhəri, Babək prospekti 33A ünvanında “Bambi Yatak” mağazasının ikinci filialının rəsmi açılışı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, gələn qonaqlara yeni filial, təqdim olunan məhsullar və “Bambi Yatak” mağazasının yuxu keyfiyyəti və komfortuna əsaslanan konsepsiyası haqqında məlumat verilib.

“Bambi Yatak” mağazası yuxu keyfiyyəti və yataq otağı komfortu üzrə ixtisaslaşıb. Mağazanın məhsul çeşidinə müxtəlif xüsusiyyətlərə malik matraslar, yataqlar, bazalar, başlıqlar, yastıqlar, yataq dəstləri və ev tekstili məhsulları daxildir.

Müştərilərə məhsulları öz zövqünə və interyerinə uyğun seçmək üçün geniş imkanlar təqdim olunur. Müəyyən modellərdə baza və başlıqların rəngini seçmək, həmçinin müxtəlif parça alternativlərindən yararlanmaq mümkündür.

“Bambi Yatak” mağazasında təqdim edilən məhsullarda texnologiya, funksionallıq və komforta xüsusi diqqət yetirilir. Məhsullarda Pocket yay sistemləri, müxtəlif komfort xüsusiyyətlərinə malik süngər qatları, həmçinin temperatur və nəm balansının qorunmasına yönəlmiş material və texnologiyalardan istifadə olunur.

Babək prospekti 33A ünvanında fəaliyyətə başlayan yeni mağaza “Bambi Yatak” mağazasının ikinci filialıdır. Yeni filialın açılması ilə yuxu keyfiyyəti və komfortuna yönəlmiş məhsulların daha geniş müştəri auditoriyasına təqdim edilməsi nəzərdə tutulur.