Aprelin 24-də Müşfiqabad qəsəbəsində “Bank Avrasiya” əməkdaşları Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə növbəti irimiqyaslı ağacəkmə aksiyasında iştirak ediblər.
Aksiya zamanı torpaq-iqlim şəraitinə uyğun olaraq zeytun və şam ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində əsas məqsəd yaşıllıqların artırılmasını təşviq etmək, ekoloji tarazlığı qorumaq və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Korporativ sosial məsuliyyət layihələrinə xüsusi diqqət ayıran “Bank Avrasiya” ənənəvi olaraq ekoloji təşəbbüslərdə də aktiv iştirak edir.
“Bank Avrasiya” ASC, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 28.11.2007-ci il tarixli, 251 nömrəli lisenziya əsasında fəaliyyət göstərir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı “Bank Avrasiya”nın rəsmi “Facebook”, “Instagram” və “LinkedIn” sosial media hesabları vasitəsilə və ya *2226 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər