Bank kartları saatlarla işləmədi - Yenilənib

bank-kartlari-saatlarla-islemedi
Oxunma sayı: 11643

Bir neçə saatdır bəzi banklara məxsus kart əməliyyatlarında problem yaranıb. Müştərilər bildirir ki, kartlar işləmir, heç bir əməliyyat həyata keçirmək mümkün deyil.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı “Azərikard” açıqlama yayıb:

“Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS-terminallarından və mobil tətbiqlərindən istifadə zamanı məhdudiyyətlər yaranıb.

Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq”.

***

Azərikard prosessinq mərkəzinin sistemində baş verən bütün məhdudiyyətlər aradan qaldırılıb, fəaliyyət tam olaraq bərpa edilib.