Ölkənin seçilən banklarından olan “Bank of Baku” biznes sahiblərinə öz maliyyə vəsaitlərini dəyərləndirmək və gəlir mənbəyinə çevirmək fürsəti təqdim edir.
Belə ki, HÜQUQİ ŞƏXSLƏR öz sərbəst vəsaitlərini “Bank of Baku”da depozit şəklində yerləşdirərək 11 %-dək GƏLİR əldə edə bilərlər. Bu isə biznes müştərilərinə gündəlik fəaliyyətdə istifadə olunmayan vəsaiti həm etibarlı şəkildə qorumaq, həm də əlavə gəlirə çevirmək imkanı yaradır.
Müştərilər əmanətlərini həm AZN, həm də USD valyutasında 1 aydan 24 ayadək müddətə yerləşdirə, gəlirlərini isə aylıq və ya müddətin sonunda əldə edə bilərlər.
- Əmanətin ilkin məbləği: 10 000 AZN/USD
- Valyuta: AZN/USD
- Faizlərin ödənilməsi: Aylıq və ya müddətin sonunda
- Müddət: 24 ayadək
- Faiz dərəcəsi: AZN valyutasında 11 %-dək, USD valyutasında: 3.5 %-dək
Onu da bildirək ki, illik faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı müştəriyə fərdi yanaşma tətbiq olunacaq.
“Bank of Baku”nun əmanət, eləcə də digər məhsul və kampaniyaları haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq,
“Bank of Baku”nun rəsmi veb səhifəsi və ya rəsmi sosial media səhifələrinə – “Facebook” və “İnstagram” daxil olaraq tanış olmaq olar.
“Bank of Baku” filialları isə həftənin 5 günü saat 09:00-dan 17:00-dək, həftənin şənbə günü isə fasiləsiz olaraq 10:00-dan 16:00-dək fəaliyyət göstərir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Son xəbərlər
Son Xəbərlər