“Bank Respublika” xüsusi mükafata layiq görüldü

bank-respublika-xususi-mukafata-layiq-goruldu
Oxunma sayı: 684

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum keçirilib.

Forum çərçivəsində vergi sistemində müasir idarəetmə yanaşmaları, rəqəmsal həllərin tətbiqi və data əsaslı qərarvermə mexanizmləri müzakirə olunub. Bununla yanaşı, vergi qanunvericiliyində baş verən dəyişikliklər və vergi inzibatçılığında tətbiq olunan yeni yanaşmalar iştirakçılara təqdim edilib.

Forumda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub. “Bank Respublika”, Azərbaycan bank və sığorta sahəsindəki peşəkar inkişafı və məşğulluğun artırılmasına verdiyi əvəzsiz töhfələrə görə “Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına verdiyi töhfəyə görə” xüsusi mükafata layiq görülüb.

Mükafat, Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov tərəfindən “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimova təqdim olunub.

Bu mükafat “Bank Respublika”nın əmək bazarında yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi, insan kapitalının inkişafı və sektorda uzunmüddətli məşğulluğun təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin yüksək qiymətləndirilməsinin göstəricisidir.

Daha ətraflı məlumat üçün:

Veb sayt: www.bankrespublika.az

Sosial şəbəkələr: “Facebook”, “Instagram”, “LinkedIn”, “Telegram

Çağrı Mərkəzi: 144