BANM 35 Prezident təqaüdçüsü ilə yenə lider oldu

banm-35-prezident-teqaudcusu-ile-yene-lider-oldu
Oxunma sayı: 708

Prezident İlham Əliyevin “2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” müvafiq Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş 102 tələbədən 35-i SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.

“Qafqazinfo” xəbər verir ki, əqaüdçülərin üçdə birindən çoxunu BANM tələbələri təşkil edir.

Beləliklə, BANM Prezident təqaüdçülərinin sayına görə artıq 7-ci dəfədir ölkə üzrə lider mövqedədir.

BANM-in Prezident təqaüdçülərindən 13 nəfəri Maliyyə, 10 nəfəri İnformasiya təhlükəsizliyi, 8 nəfəri Kimya mühəndisliyi, 3 nəfəri Kompüter elmləri, 1 nəfəri isə Data analitikası ixtisasının tələbəsidir.