BANM-in 40 məzunu Dövlət Proqramının qalibi oldu

banm-in-40-mezunu-dovlet-proqraminin-qalibi-oldu
Oxunma sayı: 395

Bakı Ali Neft Məktəbinin (BANM) 40 məzunu 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, BANM Dövlət Proqramı qalibi olan məzunlarının ümumi məzun sayına olan nisbətinə görə birinci yerdədir.

BANM məzunları Dövlət Proqramı çərçivəsində London İmperial Kolleci, Kolumbiya Universiteti, Nyu York Universiteti, Yale Universiteti, London Kral Kolleci, Vorvik Universiteti, Mançester Universiteti, Karnegi Mellon Universiteti, Melburn Universiteti, Lids Universiteti, Con Hopkins Universiteti, Sinqapur Milli Universiteti, Edinburq Universiteti, Münhen Texniki Universiteti, Bristol Universiteti və digər nüfuzlu universitetlərdə təhsil alacaqlar.