BANM komandaları “Teknofest 2026”da 8 mükafat qazanıb - Fotolar

banm-komandalari-teknofest-2026da-8-mukafat-qazanib
Oxunma sayı: 331

Türkiyənin Şanlıurfa şəhərində keçirilən “Teknofest 2026”nın finalında Bakı Ali Neft Məktəbinin (BANM) komandaları yüksək nəticələr əldə edərək böyük uğura imza atıblar.

“Qafqazinfo” xəbər verir ki, BANM-in 2 komandası ikinci, 3 komandası üçüncü yeri tutub, 3 komanda isə xüsusi mükafat qazanaraq, ümumilikdə 8 mükafatla Bakı Ali Neft Məktəbini və Azərbaycanı yüksək səviyyədə təmsil ediblər.

“Qorqud BHOS” komandası Pardus xəta aşkarlama və təklif yarışması kateqoriyasında, “Ecolyte” komandası Universitet tələbələrinin tədqiqat layihələri kateqoriyasında ikinci yer qazanıb. 

“CLİMASEL” komandası Universitet tələbələrinin tədqiqat layihələri kateqoriyasında, “VoltLedger” Maliyyə texnologiyaları kateqoriyasında, “Göytürk-BANM” komandası isə Kənd təsərrüfatı texnologiyaları kateqoriyasında üçüncü yer tutub.

Bundan başqa, BANM-in 3 komandası təqdimat bacarıqları, sosial təsir və innovativ həlləri ilə fərqlənərək xüsusi mükafatlara layiq görülüb.

“ShirvanShahlar” Maliyyə texnologiyaları yarışmasında “Sosial təsir” mükafatı, “NeuroPulse” komandası Asılılıqlarla mübarizədə texnoloji tətbiqlər yarışmasında “Gələcək vəd edən innovativ layihə” mükafatı, “Brixen Labs” Maliyyə texnologiyaları yarışmasında “Ən yaxşı təqdimat” mükafatı qazanıb.