BANM məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb - Foto

banm-mezunu-cinde-kibertehlukesizlik-uzre-mukafat-qazanib
Oxunma sayı: 455

Bakı Ali Neft Məktəbinin məzunu Əli Məhərrəmlinin daxil olduğu 2 nəfərlik komanda Çinin Şanxay şəhərində keçirilən “WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışında Azərbaycanı uğurla təmsil edib.

“Qafqazinfo” xəbər verir ki, Əli Məhərrəmli beynəlxalq yarışda kibertəhlükəsizlik bacarığı üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.

O, 2020-ci ildə Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına olimpiada qalibi kimi qəbul olub. Hazırda isə Dövlət Proqramı çərçivəsində ABŞ-nin Karnegi Mellon Universitetində İnformasiya təhlükəsizliyi ixtisası üzrə magistratura təhsili alır.