Yasamal rayonu, Tağı Şahbazi küçəsində yerləşən mənzillərdən birində 2013-cü il təvəllüdlü yeniyetmənin barmağı stolun üst hissəsində olan dəlikdə sıxışıb və çıxara bilməyib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı onun yaxınları Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.
Əraziyə cəlb edilən xilasedicilər tərəfindən xüsusi vasitələr tətbiq edikməklə onun barmağı dəlikdən çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər