“Barselona” Hansi Fliklə müqaviləni yeniləyəcək

barselona-hansi-flikle-muqavileni-yenileyecek
Oxunma sayı: 238

İspaniyanın “Barselona” klubu baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə barədə şifahi razılıq əldə edib.

“Qafqazinfo” məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, tərəflər arasında yeni sözləşmə yaxın günlərdə rəsmiləşdiriləcək.

Yeni müqavilənin müddəti 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub. Sənəddə həmçinin müəyyən hədəflər yerinə yetirildiyi təqdirdə müqavilənin daha bir il – 2029-cu ilə qədər uzadılması bəndi də yer alıb.

Xatırladaq ki, 61 yaşlı almaniyalı mütəxəssis 2024-cü ilin yayından Kataloniya təmsilçisini çalışdırır. Ümumilikdə, Flikin dövründə “Barselona” artıq 5 titul (İkiqat İspaniya çempionu, İkiqat İspaniya Superkuboku, İspaniya Kral Kuboku – red.) qazanıb.