Mərakeşli futbolçu Munir Əl Həddadi ABŞ və İsrailin birgə hücumları səbəbilə İranı tərk etdiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, İranın “İstiqlal” klubunda çıxış edən oyunçu bu barədə rəsmi instaqram hesabında paylaşım edib.
“İrandakı vəziyyətimlə bağlı mesajlarınıza və narahatlığınıza görə hər kəsə təşəkkür edirəm. Dünən ölkəni təyyarə ilə tərk etməyi planlaşdırırdıq, lakin təxliyə olunduq. Buna görə də uçuş baş tutmadı. Klub məni ölkəni quru yolu ilə tərk etməyim üçün avtomobillə təmin etdi və bunun sayəsində sərhədi problemsiz şəkildə keçə bildim. Hazırda Türkiyədə təhlükəsiz yerdəyəm. Yaxın bir neçə saat ərzində İspaniyaya çatacağam. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm”.
Qeyd edək ki, “Barselona”da karyerasına başlayan 30 yaşlı futbolçu “Valensiya”, “Alaves”, “Sevilya” və “Xetafe” kimi klublarda forma geyinib.

Son xəbərlər
Son Xəbərlər