Baş idarəyə yeni rəis təyin edildi - Foto

bas-idareye-yeni-reis-teyin-edildi
Oxunma sayı: 3695

Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Orucov Faiq Eldar oğlu Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.