İqamətgahdakı qarşılaşmaları gündəm oldu - Video

iqametgahdaki-qarsilasmalari-gundem-oldu
Oxunma sayı: 463

Macarıstanda Viktor Orbanın 16 illik hakimiyyətinə qarşı qələbə qazanan müxalifət lideri Peter Madyar baş nazir iqamətgahına səfəri zamanı hazırkı hökumət başçısı Viktor Orbanla qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, yayılan görüntülərdə Madyarın eyvanda Orbanı görməsi və buna reaksiyası əksini tapıb.

Paylaşılan videoda Linkin Parkın “What I Done” mahnısı səslənir. Kadrlarda Madyar Orbanın iqamətgahın qarşı eyvanında nəsə oxuduğunu göstərir.

“Ən böyük rejissor həyatın özüdür”, - Madyar vəziyyəti bu sözlərlə dilə gətirir.

Sözügedən video sosial şəbəkələrdə geniş yayılıb və gündəm olub.

Həmin görüntüləri təqdim edirik: