Baş prokuror Səbaildə vətəndaşları qəbul etdi - Fotolar

bas-prokuror-sebailde-vetendaslari-qebul-etdi
Oxunma sayı: 564

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

“Qafqazinfo” xəbər verir ki, bu gün Baş prokuror Kamran Əliyev Səbail Rayon Prokurorluğunun inzibati binasında Səbail rayonundan olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl inzibati binada Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qəbulda iştirak edən 27 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.