Çinin şərqində yerləşən Cıcian əyalətində “Bavi” tayfununun yaratdığı təhlükə səbəbindən təxminən 1,72 milyon nəfər təhlükəsiz ərazilərə köçürülüb. Bölgədə fövqəladə vəziyyət tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
Bildirilib ki, Cıcian Meteorologiya Mərkəzi tayfunun Yuxuan şəhəri sahillərinə çatdığını açıqlayıb. “Bavi”nin şimal-qərb istiqamətində hərəkətini davam etdirəcəyi və zamanla zəifləyəcəyi gözlənilir.
Əyalət rəhbərliyi mümkün fəsadların qarşısını almaq məqsədilə genişmiqyaslı təxliyə işləri aparıldığını və milyonlarla sakinin təhlükəsiz bölgələrə yerləşdirildiyini bildirib.
Çin Milli Meteorologiya Mərkəzi isə ölkənin şərqində növbəti üç gün ərzində güclü yağışların gözlənildiyini açıqlayıb.
Məlumata görə, Cıcian, Şanxay və Tsyansi də daxil olmaqla, bir sıra bölgələrdə leysan yağışları müşahidə olunacaq. Səlahiyyətli qurumlar dağlıq ərazilərdə torpaq sürüşməsi və sel, şəhərlərdə isə daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.
Son xəbərlər
Son Xəbərlər