Baxmut döyüşlərində ölən “Vaqner” üzvlərinin sayı açıqlandı

baxmut-doyuslerinde-olen-vaqner-uzvlerinin-sayi-aciqlandi
Oxunma sayı: 4332

“Rusiyanın "Vaqner" muzdlu qruplaşması Baxmut uğrunda döyüşlərdə 20 min itki verib”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın lideri Yevgeni Priqojin məlumat verib.

"Əməliyyat zamanı mən 50 min məhbus seçdim, onlardan təxminən 20 mini öldü. Müqavilə ilə bizə gələnlərlə tam eyni sayda öldülər", - deyə Priqojin bildirib.

Qeyd edək ki, ABŞ Rusiyanın Baxmut uğrunda döyüşlərdə 100 min itki verdiyini bildirib.