Bayden onun zəngindən sonra nömrəsini dəyişib

bayden-onun-zenginden-sonra-nomresini-deyisib
Oxunma sayı: 2798

ABŞ-nin keçmiş Prezidenti Co Bayden “The New York Times”ın (NYT) Ağ Ev müxbiri Tayler Peycerin zəngindən sonra telefon nömrəsini dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistin özü hazırkı prezident Donald Trampa müsahibəsi zamanı açıqlayıb.

Müsahibə zamanı qəzetin müxbirləri Baydendən heç vaxt müsahibə almadıqlarını etiraf edib. Bundan sonra Ağ Evin mətbuat katibi Kerolayn Livit keçmiş prezidentin Tayler Peycerdən zəng aldıqdan sonra nömrəsini dəyişdiyini iddia edib.

“Mən ona zəng etdim və o, nömrəsini dəyişdi”, - müxbir təsdiqləyib.