ABŞ Prezidenti Donald Tramp sabiq prezident Co Baydenin başçılıq etdiyi əvvəlki administrasiyanın Ukrayna ilə bağlı çoxsaylı korrupsiya hallarında əli olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bayden administrasiyası çox korrupsiyalaşmışdı. Baydenin oğlu Xanter Bayden, atası və bütün qrup... Onlar Ukrayna ilə bağlı çoxlu pis işlər görmüş çox korrupsiyalaşmış insanlar idilər”, – deyə amerikalı lider vurğulayıb. Lakin Ağ Ev rəhbəri konkret nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Tramp həmçinin Co Baydeni Kiyevə “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri də daxil olmaqla təmənnasız hərbi yardımın göstərilməsinə görə tənqid edib. Onun sözlərinə görə, əvvəlki administrasiya tərəfindən Ukraynaya verilən silahlar sonradan satılıb.
Qeyd edək ki, bundan əvvəl Co Bayden Tramp administrasiyasını “biabırçı korrupsiya”da ittiham etmiş, respublikaçı rəqibini isə “looser” (uğursuz) adlandırmışdı. Tramp isə öz növbəsində Ukraynadakı korrupsiya vəziyyətini ciddi problem kimi qiymətləndirmişdi.
Son xəbərlər
Son Xəbərlər