Bayram gecəsi faciəvi şəkildə öldü

bayram-gecesi-facievi-sekilde-oldu
Oxunma sayı: 6273

Bayram gecəsi yolun kənarında dayanan piyada canından olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Tovuz rayonunun Əlimərdanlı kəndində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkət edən “BMW” və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən aşan “BMW” yolun kənarında dayanan 69 yaşlı Həmid Tağıyevi vurub.

Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Toqquşan avtomobillərdə olan 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.